🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsində davam edən silahlı münaqişə mümkün sona yaxınlaşır

Azərbaycan.media xəbər verir ki, bu barədə məlumatı Strana.ua nəşri yayıb.

Dövlət başçısının sözlərinə görə, qısa müddətdə müharibəyə tam nöqtə qoymaq hələlik real görünmür.

“Bəli, biz müharibənin mümkün sonuna yaxınlaşmışıq – bunu əminliklə deyə bilərəm. Amma bu, hələ savaşın başa çatdığı anlamına gəlmir”, – deyə Zelenski qeyd edib.

Xatırladaq ki, Ukrayna lideri bir gün əvvəl Rusiyaya hər hansı ərazi vermək niyyətində olmadığını açıqlamışdı.