🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Günəşdəki partlayış aktivliyi sabitləşir

Bu gün Günəşdə müşahidə olunan partlayış aktivliyinin demək olar ki, tam stabilləşəcəyi gözlənilir.

Azərbaycan.media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

Laboratoriyanın Telegram kanalında yerləşdirilən açıqlamada bildirilir:
“20 oktyabr 2025-ci il üçün kosmosda hava şəraiti: Geomaqnit şəraiti sakitdir, zəif qalıq pozuntularının yaranma ehtimalı azdır. Məşəl aktivliyi tam stabilləşməyə yaxınlaşır.”

Məlumata görə, son 24 saat ərzində geomaqnit şəraiti sakit olub, məşəl aktivliyi isə orta səviyyədə qalsa da, azalma tendensiyası müşahidə olunub və Yer üçün təhlükə yaratmayıb.