Əməkdar artist Aybəniz Haşımova səhhətində yaranan problemlə bağlı açıqlama verib.Sənətçi Azərbaycan.media–ya açıqlamasında bildirib ki, artıq bir həftədir reabilitasiya mərkəzinə gedib-gəlir:“30 ildir ayağımda problem var. Hara müraciət edirdimsə, dərdimə çarə tapılmırdı. Son vaxtlar vəziyyət daha da ağırlaşmışdı, bir qədər də müalicəni gecikdirmişdim. Reabilitasiya kursuna başlayandan sonra özümü çox yaxşı hiss edirəm. Gələndə ayağımı yerə qoya bilmirdim, oturub qalxmaqda çətinlik çəkirdim, yerimə qabiliyyətimi itirməyə başlamışdım. Hətta düşünürdüm ki, şikəst qalacağam. Qısa zamanda irəliləyiş hiss olunur.”Əməkdar artist bildirib ki, səhhətindəki problem limfa düyünlərinin iltihabı ilə bağlıdır:“Ayağımdakı problem limfa düyününə görə yaranıb, bədənimdə su yığılıb. Çox işləyirəm, demək olar ki, dayanmadan. Özümə rəhm etmirəm, bəlkə də bu səbəbdən vəziyyətim pisləşmişdi.”
