Azərbaycan Prezidenti İlham Əliyevin son 10 gün ərzində üç beynəlxalq sammitdə iştirakı ölkənin aktiv və çoxregional xarici siyasət kursunun bariz nümunəsidir.
Azərbaycan.media xəbər verir ki, bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşım edib.
“Prezident İlham Əliyevin 10 gün ərzində üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürüdür”, – deyə Hacıyev qeyd edib.
Son dövrlərdə dövlət başçısının beynəlxalq platformalarda fəal iştirakı Azərbaycanın qlobal diplomatik mövqeyinin gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
