Səudiyyə Ərəbistanı Krallığına Həcc və Ümrə ziyarəti üçün səfər edəcək zəvvarlar üçün 2025-ci il üzrə sağlamlıq tələbləri və profilaktik göstərişlər müəyyənləşdirilib.
Azərbaycan.media xəbər verir ki, bu barədə sənəd Səudiyyə Ərəbistanının səhiyyə orqanları tərəfindən hazırlanıb və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) vasitəsilə zəvvarlara təqdim olunub.
Ümumi sağlamlıq tələbləri
Zəvvarların sağlamlığına və təhlükəsizliyinə xüsusi önəm verilir. Aşağıdakı hallarda Həcc və Ümrə ziyarətindən çəkinmək tövsiyə olunur:
Xroniki ürək, böyrək və ağciyər xəstəlikləri
Mərkəzi sinir sisteminin xroniki pozuntuları (məsələn, insult sonrası hallar
Diabet, immunçatışmazlıq və bədən müqavimətinin zəifləməsi
Hamiləlik dövrü
Kiçik yaşlı uşaqlar və yaşlı şəxslər
Kimyaterapiya alan və ya onkoloji xəstələr
Yoluxucu xəstəliklərə qarşı tədbirlər
COVID-19 peyvəndi tələb oluna bilər və yalnız Səudiyyə Ərəbistanında təsdiqlənmiş vaksinlər qəbul edilir
Peyvənd səyahətdən azı 10 gün əvvəl, maksimum 12 ay əvvəl vurulmalıdır.
Epidemioloji vəziyyətə uyğun olaraq əlavə tələblər tətbiq oluna bilər
Məcburi peyvəndlər
Meninqokokk infeksiyası (ACWY) – bütün zəvvarlar üçün məcburidir
Peyvənd 10 gündən əvvəl, lakin 3 ildən köhnə olmamalıdır
Beynəlxalq peyvənd sertifikatı təqdim olunmalıdır
Tövsiyə olunan digər peyvəndlər
Mövsümi qrip (influenza)
Sarı qızdırma və poliomielit – yalnız bu xəstəliklərin yayıldığı ölkələrdən gələnlər üçün.
Giriş və səhiyyə nəzarəti
Zəvvarlar sərhəd-keçid məntəqələrində tibbi yoxlamadan keçə bilərlər
Sağlamlıq sənədləri və peyvənd sertifikatları yoxlanılacaq
Zərurət olduqda əlavə tibbi tədbirlər görüləcək
Ümumi sağlamlıq tövsiyələri
Qida təhlükəsizliyi və şəxsi gigiyenaya ciddi riayət edin
İstidən qorunma, su qəbulu və istirahət rejiminə əməl edin
Qrup rəhbərlərinin və səhiyyə işçilərinin göstərişlərinə əməl edin.
Əlavə qeydlər
Səudiyyə Ərəbistanının səhiyyə orqanları beynəlxalq vəziyyəti nəzərə alaraq gələcəkdə yeni tələblər və peyvəndlər barədə qərarlar verə bilər. Bu qərarlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri əsasında yenilənəcək.
