🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda bir sıra yollar üzrə nəqliyyat sıxlığı müşahidə olunur

Bakıda bir sıra yollar üzrə nəqliyyat sıxlığı müşahidə olunur
Bakının müxtəlif istiqamətlərində nəqliyyatın intensivliyi artıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarında yaranan sıxlıqla bağlı məlumat yayıb.
Azərbaycan.media xəbər verir ki, oktyabrın 10-u saat 18:00-a olan vəziyyətə əsasən, aşağıdakı yol sahələrində nəqliyyatın hərəkətində ləngimələr müşahidə olunur:
• Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi və “20 Yanvar” metro stansiyası istiqamətləri
• Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində
• Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində
• Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov və Əbdülvahab Salamzadə küçələri ilə kəsişmələrdən “20 Yanvar” və Əhməd Rəcəbli küçəsi istiqamətləri
• Tbilisi prospekti, İzmir küçəsi və “20 Yanvar” metro stansiyası istiqamətləri
• Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində
• Heydər Əliyev prospekti, əsas və köməkçi yollar üzrə mərkəz istiqamətində
• 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində
• Mikayıl Useynov prospekti, Bayraq Meydanından “Azneft” dairəsi istiqamətində
• Afiyəddin Cəlilov və Yusif Səfərov küçələri üzrə mərkəz və Heydər Əliyev prospekti istiqamətləri
• Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər
• 28 May küçəsi, Puşkin və Rəşid Behbudov küçələri ilə kəsişmələr arasında
• Bakıxanov küçəsi, İnşaatçılar prospektindən “Dədə Qorqud” parkı istiqamətində