🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sumqayıtda Qurd dərəsi massivində geniş iməcilik aksiyası keçirilib

Sumqayıt şəhərində abadlıq və ekoloji təmizlik istiqamətində növbəti təşəbbüs həyata keçirilib. Şəhər İcra Hakimiyyətinin 4 nömrəli İcra nümayəndəliyi və Sumqayıt Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Qurd dərəsi yaşayış massivində genişmiqyaslı iməcilik aksiyası baş tutub.
Azərbaycan.media xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, aksiya çərçivəsində ərazidə məişət tullantıları toplanıb, yaşıllıq sahələri təmizlənib, ağacların budanması və yeni ağacların əkilməsi həyata keçirilib. Eyni zamanda, zibil konteynerləri yenilənib, yolların kənarları və səkilər bərpa olunub.
İməcilikdə 4 nömrəli İcra nümayəndəliyinin və bələdiyyənin əməkdaşları fəal iştirak edərək ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və daha təmiz mühitin formalaşdırılması üçün birgə çalışıblar.
Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu cür iməcilik aksiyaları Sumqayıtın bütün yaşayış sahələrini əhatə etməklə mütəmadi şəkildə davam etdiriləcək. Məqsəd şəhərin abadlaşdırılması, ekoloji təhlükəsizliyin təmin olunması və estetik görünüşünün qorunmasıdır.
Qeyd edək ki, son aylarda Sumqayıtın bir neçə yaşayış massivində oxşar təmizlik və abadlıq tədbirləri həyata keçirilib.