🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Donald Trampın Nobel Sülh Mükafatını qazanmaq ehtimalı artır – 2026-cı il üçün proqnozlar

ABŞ Prezidenti Donald Trampın 2026-cı ildə Nobel Sülh Mükafatına layiq görülmək ehtimalı əvvəlki illərlə müqayisədə daha yüksək qiymətləndirilir.
Azərbaycan.media xəbər verir ki, “The New York Post”un yazdığına görə, Trampın yaxın çevrəsi onun gələn il bu nüfuzlu mükafatı qazanacağına dair nikbin proqnozlar verir. Bildirilir ki, Trampın Yaxın Şərqdə sülh təşəbbüsləri, xüsusilə İsrail və HƏMAS arasında əldə olunan razılaşmalar bu ehtimalı gücləndirən amillər sırasındadır.
Bununla belə, Trampın bəzi siyasətləri və açıqlamaları onun Nobel Komitəsi tərəfindən mükafatlandırılmasına mane ola bilər. Tənqidçilər iyun ayında İranın nüvə obyektlərinin bombalanması ilə bağlı müzakirələri, Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ideyasını və Müdafiə Nazirliyinin adının “Müharibə Departamenti”nə dəyişdirilməsi təklifini bu kontekstdə qeyd edirlər.
Qeyd edək ki, 2025-ci il Nobel Sülh Mükafatı Venesuela müxalifət lideri Maria Korina Maçadoya təqdim olunub.