Milli Hidrometeorologiya Xidməti oktyabrın 10-u saat 18:00-a olan hava şəraiti ilə bağlı məlumat yayıb.
Azərbaycan.media xəbər verir ki, ölkənin bir sıra bölgələrində küləkli və yağıntılı hava müşahidə olunur. Hazırda şimal-qərb küləyi bir neçə rayonda güclənib.
Küləyin maksimal sürəti aşağıdakı kimi qeydə alınıb:
Naftalan – 28 m/s
Tərtər, Goranboy – 27 m/s
Göyçay, Ağdam – 24 m/s
Mingəçevir, Bakı, Abşeron yarımadası – 21 m/s
Şəki, Ağdam – 20 m/s
İsmayıllı, Zərdab, Bərdə – 18 m/s
Sabirabad, Şahdağ – 17 m/s
Gədəbəy, Gəncə – 16 m/s
Kəlbəcər – 15 m/s
Bundan əlavə, Quba, Qusar və Şabran rayonlarında arabir yağış müşahidə olunur.
