🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Avstraliyada təyyarə qəzası: 2 nəfər ölüb, 10 nəfər yaralanıb

Azərbaycan.media xəbər verir ki, Avstraliyanın Parafild hava limanı yaxınlığında yüngül mühərrikli təyyarə qəza edib.
Cənubi Avstraliya ştatının polisi tərəfindən verilən məlumata görə, hadisə təyyarənin enişi zamanı baş verib. Təyyarə anqara çırpılıb və bundan sonra yanğın yaranıb.
Qəza nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər hadisə yerində həyatını itirib. Hadisə zamanı anqar yaxınlığında olan 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.