🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Kür çayında suyun səviyyəsi artıb, Sabirabadda ponton körpü sıradan çıxıb

Azərbaycan.media xəbər verir ki, son günlər yağan intensiv yağışlar nəticəsində Kür çayında suyun səviyyəsinin artması bölgədə fəsadlara səbəb olub.
Məlumata görə, Sabirabad rayonunun Ulacalı kəndində Kür çayında suyun yüksəlməsi nəticəsində Ulacalı və Qruzma kəndlərini birləşdirən ponton körpü sıradan çıxıb.
Bununla da kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşıb.
Qeyd edək ki, bölgədə müşahidə olunan yağıntılar çaylarda su səviyyəsinin yüksəlməsinə və bəzi infrastruktur problemlərinə səbəb olub.