Azərbaycan.media xəbər verir ki, Azərbaycan–İran sərhədində yeni gömrük keçid məntəqəsinin istifadəyə verilməsi planlaşdırılır.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov məlumat verib.
O bildirib ki, son illərdə ölkədə bir sıra gömrük keçid məntəqələrinin infrastrukturu müasirləşdirilir və sərhəd-keçid imkanları genişləndirilir:
“Bu yaxınlarda İranla sərhəddə ‘Ağbənd’ keçid məntəqəsi inşa olunacaq. Hazırda burada intensiv tikinti işləri aparılır və işlərin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur. Eyni zamanda piyadaların rahat keçidi üçün də zəruri şərait yaradılacaq”, – deyə DGK sədri qeyd edib.
