Azərbaycan.media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi piyadaların yol hərəkəti qaydalarına əməl etməsinin vacibliyi ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.
Bildirilib ki, piyadavurma hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər və maarifləndirmə işləri davam etdirilir. Yol hərəkəti iştirakçıları arasında ən həssas tərəf olan piyadaların şəxsi məsuliyyət hissi xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, xüsusilə çoxzolaqlı və yüksək sürət rejimi tətbiq edilən yollarda müəyyən olunmamış yerlərdən keçmək ciddi təhlükə yaradır. Bu cür hallarda baş verən ağır yol-nəqliyyat hadisələri təsadüfi deyil, birbaşa qayda pozuntularının nəticəsidir.
DYP piyadalara müraciət edərək onları yalnız piyada keçidlərindən istifadə etməyə, diqqətli və məsuliyyətli davranmağa çağırıb. Vurğulanıb ki, yol hərəkətində təhlükəsizlik hər kəsin özündən başlayır.
