🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şəhid qızı buraxılış imtahanında yüksək nəticə göstərdi

Azərbaycan.media xəbər verir ki, Göygöl rayonunda təhsil alan abituriyent Ayan Niftəliyeva buraxılış imtahanında 300 mümkün baldan 290-nı toplayaraq yüksək nəticə göstərib.
Bildirilib ki, Ayan Niftəliyeva Vətən müharibəsi şəhidi, leytenant Ceyhun Niftəliyevin qızıdır. Onun əldə etdiyi bu uğur ailəsi və yaxınları tərəfindən böyük qürur hissi ilə qarşılanıb.
Məlumata görə, Ayan gələcəkdə tibb sahəsində təhsil almağı və həkim kimi insanlara faydalı olmağı qarşısına məqsəd qoyub. Bu seçim ailə ənənəsi ilə də uyğunluq təşkil edir. Belə ki, onun qardaşı hazırda Azərbaycan Tibb Universitetində stomatologiya ixtisası üzrə təhsil alır.
Qeyd edək ki, Ayan Niftəliyevanın nəticəsi ölkə üzrə ən yüksək göstəricilərdən biri hesab olunur və onun qəbul imtahanlarında da uğur qazanacağı gözlənilir.