Azərbaycan.media xəbər verir ki, Türkiyənin tanınmış aktyoru Fərdi Atuner vəfat edib. Bu barədə yerli media məlumat yayıb.
Uzun müddətdir müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkən 82 yaşlı aktyorun infarkt keçirdiyi bildirilir.
Qeyd edək ki, Fərdi Atuner daha çox mərhum aktyor Levent Kırca ilə birlikdə rol aldığı “Olacak o kadar” proqramı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.
Bununla yanaşı, o, “Çocuklar duymasın”, “Reytinq Hamdi”, “En son babalar duyar”, “Ayrılsak da beraberiz”, “Bez bebek” və “Çılğın Bediş” kimi məşhur seriallarda da yaddaqalan obrazlar yaradıb.
