🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftəlik bağlanır

Azərbaycan.media xəbər verir ki, Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun müəyyən hissəsində müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Məlumata görə, yolun 0–8-ci kilometrliyində 24 aprel 2026-cı il saat 07:00-dan 30 aprel 2026-cı il saat 24:00-dək təmir işləri aparılacaq. Bu müddət ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə dayandırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bildirilib ki, sürücülər alternativ olaraq Muğanlı–Ağsu–Qaraməryəm–İsmayıllı marşrutundan istifadə edə bilərlər.
Eyni zamanda, bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişinin təmin olunması məqsədilə təmir sahəsindən təhlükəsiz keçid təşkil ediləcək.
Sürücülərə tövsiyə olunur ki, göstərilən tarixlərdə səfərlərini əvvəlcədən planlaşdırsın və alternativ yollardan istifadə etsinlər.