Azərbaycan.media xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) sülhməramlılarının Buşehr Atom Elektrik Stansiyasının mühafizəsi üçün göndərilməsi yalnız İranın razılığı ilə mümkün ola bilər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kirill Loqvinov RIA Novosti agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatın fəaliyyət prinsiplərinə əsasən, belə missiyalar yalnız qəbul edən tərəfin razılığı ilə həyata keçirilə bilər. Diplomat qeyd edib ki, bu tələb BMT-nin sülhməramlı mexanizminin əsas və dəyişməz prinsiplərindən biridir.
