Azərbaycan.media xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən ölkə ərazisində qanunsuz saxlanılan silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aprelin 11-i və 12-də polis əməkdaşları paytaxtda, respublikanın müxtəlif rayonlarında, eləcə də işğaldan azad edilmiş ərazilərdə əməliyyatlar həyata keçiriblər.
Nəticədə aşağıdakı silah və sursatlar aşkar edilərək götürülüb:
7 avtomat silahı
1 pulemyot
1 tapança
2 qumbara
3 alışdırıcı
19 patron darağı
526 ədəd müxtəlif çaplı patron
Bildirilib ki, qanunsuz saxlanılan odlu silah və sursatın aşkarlanaraq dövriyyədən çıxarılması istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
