Azərbaycan.media xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan hazırda aparılan danışıqlarla bağlı mühüm açıqlama verib.
Nazir bildirib ki, müzakirə olunan əsas mövzular nəzərə alındıqda, 15 gün ərzində hərtərəfli razılaşmanın əldə olunması texniki baxımdan real görünməyə bilər. Onun sözlərinə görə, tərəflər irəliləyiş əldə edərsə, danışıqların davam etdirilməsi və problemlərin həlli üçün əlavə atəşkəs müddətinin uzadılması gündəmə gələ bilər.
Fidan bu müddətin 45 gün, hətta 60 günə qədər artırıla biləcəyini də istisna etməyib.
O, həmçinin İsrail faktoruna diqqət çəkərək, prosesdə onun “pozucu rolunun” daim nəzərə alınmalı olduğunu vurğulayıb. Nazir əlavə edib ki, xüsusilə İran tərəfinin ABŞ-ın təklifini dəyərləndirərək cavab verəcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlar nəticəsiz başa çatıb.
