🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Beyləqanda təhlükəli texniki pozuntuya görə yanacaqdoldurma məntəqəsi bağlanıb

Azərbaycan.media xəbər verir ki, Beyləqan rayonunda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb.
Məlumat Fövqəladə Hallar Nazirliyindən (FHN) verilib. Bildirilib ki, qurumun müfəttişləri tərəfindən rayonun Dünyamalılar kəndində yerləşən fərdi sahibkar İsmayılzadə Elçin Cümşüd oğluna məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı obyektin istismarında insan həyatı və sağlamlığı üçün təhlükə yaradan ciddi pozuntu aşkar edilib. Belə ki, yanacaqsaxlama çənlərindən ikisinin üzərində nəfəslik klapanının quraşdırılmadığı müəyyən olunub.
Aşkarlanmış nöqsanın dərhal aradan qaldırılması mümkün olmadığı və yaranan risklər nəzərə alınaraq, yanacaqdoldurma məntəqəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Görülən tədbirlər çərçivəsində sahibkara müvafiq akt təqdim edilib.
Eyni zamanda obyekt sahibi ilə texniki təhlükəsizlik qaydaları ilə bağlı profilaktik söhbət aparılıb və mövcud pozuntuların aradan qaldırılması üçün tövsiyələr verilib.