Azərbaycan.media xəbər verir ki, Masallı rayonunda yeniyetmə ölüb.
Hadisə aprelin 11-i saat 01 radələrində rayonun Köhnə Alvadı kəndində qeydə alınıb. Məlumata görə, 2014-cü il təvəllüdlü kənd sakini Turan Azər oğlu Əliyev yaşadığı evdə qəfil vəfat edib.
Yeniyetmənin epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
