Azərbaycan.media xəbər verir ki, Səudiyyə Ərəbistanının Çinə neft tədarükünün may ayında təxminən iki dəfə azalacağı proqnozlaşdırılır.
Məlumata görə, göstəricilər apreldəki 40 milyon bareldən may ayında 20 milyon barelə düşə bilər. Bu azalma Hörmüz boğazının bağlanması ehtimalı fonunda “Saudi Aramco”nun ixrac qiymətlərini rekord səviyyəyə qaldırması qərarı ilə əlaqələndirilir.
Bildirilir ki, bəzi təchizatçılar ixracı Qırmızı dəniz sahilində yerləşən Yanbu limanı vasitəsilə davam etdirirlər. Lakin limanın ötürücülük gücü əvvəlki ixrac həcmlərini kompensasiya etməyə kifayət etmir.
