Azərbaycan.media xəbər verir ki, aprelin 13-nə keçən gecə Rusiya Ukraynaya altı istiqamətdən 98 hücum dronu ilə zərbələr endirib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin “Telegram” kanalına istinadla məlumat yayılıb.
Bildirilib ki, Hava Hücumundan Müdafiə Qüvvələri düşmənə məxsus pilotsuz uçuş aparatlarının əksəriyyətini zərərsizləşdirməyə nail olub.
Hərbi məlumatlara əsasən, Rusiya həmin gecə “Şahed”, “Gerbera” və “Italmas” tipli hücum dronlarını Oryol, Bryansk, Kursk, Millerovo və Primorsko-Axtarsk (Rusiya Federasiyası), eləcə də Qvardeyskoye (Krım Muxtar Respublikası) istiqamətlərindən buraxıb. Atılan dronların təxminən 65-i “Şahed” tipli olub.
Məlumata görə, doqquz hücum dronunun hədəfə çatdığı qeydə alınıb. Bundan əlavə, vurulan pilotsuz uçuş aparatlarının qalıqlarının bir əraziyə düşdüyü bildirilib.
Ukrayna Hərbi Hava Qüvvələri hücumların davam etdiyini vurğulayaraq əhaliyə müraciət edib: “Hücum davam edir və hava məkanında düşmən dronları var. Təhlükəsizlik qaydalarına riayət edin!”
