🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi

Azərbaycan.media xəbər verir ki, Bakıda bir sıra marşrut xətlərinin hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdirilib. Bu barədə “Bakı Bus” MMC məlumat yayıb.
Bildirilib ki, 140 və 140E nömrəli marşrut xətləri Mərdəkan dairəsindən Əliheydər Qarayev küçəsinə, oradan isə Almas İldırım küçəsinə çıxaraq öz sxemləri üzrə hərəkətlərini davam etdirir.
Məlumata görə, sözügedən dəyişikliyə səbəb yolda baş verən çökmə və aparılan təmir işləridir.
Eyni zamanda, 30 nömrəli marşrut xəttinin hərəkət istiqamətində – Kamran Əfkari küçəsində aparılan təmir işləri ilə əlaqədar avtobuslar müvəqqəti olaraq Babək prospekti ilə hərəkət edir.
Sərnişinlərə səfərlərini planlaşdırarkən bu dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.