🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qubada qardaşlar arasında bıçaqlanma hadisəsi baş verib

Azərbaycan.media xəbər verir ki, Quba rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə aprelin 12-də rayonun Timiryazev qəsəbəsi ərazisində baş verib. Məlumata görə, qəsəbə sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Şaval Ağayev münaqişə zəminində qardaşı, əvvəllər məhkum olunmuş 38 yaşlı Təhməz Ağayevi bıçaqlayıb.
İlkin məlumata əsasən, o, qardaşına döş qəfəsindən xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.