Azərbaycan.media xəbər verir ki, bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq ən azı 3 tədris ili çalışan müəllimlər iştirak edə bilərlər.
Qeyd olunub ki, namizədlər təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirmədə iki və ya daha çox dəfə iştirak ediblərsə, üstünlük verdikləri nəticə ilə müsabiqəyə qatılmaq hüququna malikdirlər.
Namizədlərə qeydiyyatdan keçərkən və sənədləri yükləyərkən diqqətli olmaları tövsiyə olunur.
Sosial amillərlə bağlı tələb olunan sənədlər
Əri və ya arvadı hərbçi olduqda:
nikah haqqında şəhadətnamənin surəti;
hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayış.
Şəhid ailəsinin üzvü olduqda:
şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqə;
doğum haqqında şəhadətnamənin surəti.
İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazi üzrə dəyişdikdə:
həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənəd.
Şərtlərə uyğun hallarda sosial amilləri təsdiq edən bütün sənədlər bir faylda toplanaraq elektron ərizəyə əlavə edilməlidir.
Namizədlər 20 aprel saat 11:00-dək www.miq.edu.az/yerdeyishme� linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra müsabiqənin növbəti mərhələsi – vakansiya seçimi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
