🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Keçən il büdcəyə bərpa edilən vəsaitin həcmi açıqlanıb

Azərbaycan.media xəbər verir ki, ötən il dövlət büdcəsinə bərpa edilən vəsaitin həcmi məlum olub. Bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabat”da qeyd edilib.
Sənədə əsasən, dövlət vəsaitlərinin bərpası istiqamətində nəzərdə tutulan 101,5 milyon manata qarşı 93,9 milyon manat icra olunub.
Bundan əlavə, debitor və kreditor borcların bağlanması, müqavilə məbləğinin azaldılması və yerinə yetirilmiş işlərin ekspertizadan keçirilməsi üzrə planlaşdırılan 48,1 milyon manata qarşı cəmi 8,5 milyon manatlıq icra təmin edilib.
Hesabatda qeyd olunur ki, bu göstəricilər dövlət vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi və maliyyə intizamının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.