Azərbaycan.media xəbər verir ki, Bakıda nəqliyyatın intensiv olduğu küçə və prospektlər açıqlanıb.
Məlumata görə, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarında mövcud vəziyyət barədə məlumat yayıb.
Hazırda aşağıdakı istiqamətlərdə sıxlıq müşahidə olunur:
Babək prospekti – mərkəz istiqamətində;
Mikayıl Əliyev küçəsi – Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);
Sabunçu–Zabrat şosesi – “Koroğlu” metro stansiyası istiqamətində;
1-ci Gölkənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində;
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər.
Sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət edərkən diqqətli olmaları və alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.
