Azərbaycan.media xəbər verir ki, aprelin sonlarında Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin növbəti iclası keçiriləcək.
Qurumdan verilən məlumata görə, iclasın əsas gündəliyi sədr seçilməsi ilə bağlı qurultayın keçirilmə tarixinin müəyyənləşdirilməsidir.
Bildirilib ki, qurultayın may ayının ortalarında – ayın 10-u ilə 17-si arasında təşkili nəzərdə tutulur. Dəqiq tarix isə İdarə Heyətinin qərarı ilə müəyyən ediləcək.
“Bu, Nizamnamənin tələbidir. Sədr yalnız qurultayda seçilməlidir. Qurultay isə ən geci ayın 17-də keçirilməlidir. Onun gecikdirilməsi təşkilat üçün ciddi problem yarada bilər”, – deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, mərhum Xalq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilmişdi.
Qeyd edək ki, o, martın 29-da Memorial Klinikasında müalicə aldığı müddətdə vəfat edib. Xalq artistinin cənazəsi Bakıya gətirilib, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib və o, I Fəxri xiyabanda dəfn olunub.
