Azərbaycan.media xəbər verir ki, bu gün Oktay Əliyevin vəfatından 3 il keçir. Bu münasibətlə onun həyat yoldaşı Dilarə Əliyeva sosial şəbəkədə duyğusal paylaşım edib.
Azərbaycan.media həmin paylaşımı təqdim edir:
“Bu gün sənsiz keçən 3-cü ildir…
Deyirlər, zaman hər şeyə məlhəmdir, yaraları sağaldır… Amma bəzi yaralar var ki, illər keçir, onlar sağalmır, dərinləşir. Sənin yoxluğun kimi…
Səsin, baxışın, varlığın, yanaşman, özünəməxsus reaksiyalarının hər biri hələ də mənimlədir, amma sən yoxsan…
Xatirələrdə, dualarımda həmişə yanımdasan.”
Oxundu: 9
