Azərbaycan.media xəbər verir ki, Hövsanda məktəb müəllimi olan arvadını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.
Suraxanı rayon Məhkəməsinin qərarına əsasən, V. Abbasov 3 ay müddətinə həbs olunub. Qərar istintaq orqanının vəsatəti əsasında qəbul edilib.
Qeyd olunur ki, martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində (Hövsan) 1990-cı il təvəllüdlü Pərvanə Abbasova aldığı xəsarətlər nəticəsində ölüb. İlkin araşdırmalar zamanı 1983-cü il təvəllüdlü V. Abbasovun onun qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. Pərvanə Abbasova Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəllimi olub.
