🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ağdam Rayon İcra Hakimiyyətində 54 işçi ixtisara düşüb

Azərbaycan.media xəbər verir ki, yerli icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi nəticəsində Ağdam Rayon İcra Hakimiyyətində 60 vəzifə ləğv edilib.

Məlumata görə, həmin vəzifələrdə çalışanlardan 6 nəfər müxtəlif vakant vəzifələrə təyin olunsa da, hazırda 54 nəfər işsiz qalıb. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Həsənovun sərəncamı ilə vəzifəsini itirən şəxslərin dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.

Vəzifəsini itirənlərdən 52 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini və nümayəndəliyin baş məsləhətçisi – baş mühasibdir. Qalan 8 nəfər isə icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışırmış.

Qeyd edək ki, oxşar struktur dəyişiklikləri digər rayonlarda da aparılıb: Ağsu Rayon İcra Hakimiyyətində 14, Tovuzda 43, Cəlilabadda 38, Qubada 36, Göyçayda 27, Lənkəran Şəhər İcra Hakimiyyətində 44, Bərdədə isə 43 əməkdaş vəzifələrindən azad edilib.