🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda iki ayda 47 milyon manatdan çox dəyərində narkotik dövriyyədən çıxarılıb

A

Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar-fevral aylarında qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr və psixotrop maddələrin ümumi dəyəri 47 milyon 855 min manat təşkil edib.

Məlumata görə, ümumilikdə 893 kq 456,646 qram narkotik vasitə və psixotrop maddə müsadirə olunub. Bu barədə Narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 529 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 515-i kişi, 14-ü isə qadındır. Məsuliyyətə cəlb olunanlar arasında 8 xarici ölkə vətəndaşı da var və onlardan ümumilikdə 110 kq 798,356 qram müxtəlif növ narkotik vasitə götürülüb.

Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı 32 fakt aşkar edilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 479 kq 764,016 qram narkotik vasitə çıxarılıb.