Azərbaycan.media xəbər verir ki, baharın gəlişinin müjdəçisi olan Novruz bayramı Suraxanı rayonunda böyük izdihamla qeyd olunub. Martın 17-də Atəşgah məbədi Dövlət Tarix-Memarlıq Qoruğunda Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Baharın memarlıq izi” adlı Novruz Festivalı keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Festival ərazisində qurulan bayram meydanında səməni və Novruzun sevilən personajları – Bahar qızı, Keçəl və Kosa iştirakçılara yüksək əhval-ruhiyyə bəxş edib. Açılış mərasimində Azərbaycan folklorunun məşhur obrazları – Dədə Qorqud, Qazan Xan və Burla Xatun Oğuz elinin Novruz ənənələrini əks etdirən ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
“Atəşgah məbədi”ndən götürülən odla bayram tonqalının alovlandırılması tədbirin ən yaddaqalan anlarından biri olub.
Festival çərçivəsində milli sənətkarlıq nümunələrinin yarmarkası təşkil edilib. Sənətkarlar xalçaçılıq, dulusçuluq, ağac üzərində oyma və digər dekorativ sənət nümunələrini nümayiş etdiriblər.
Bununla yanaşı, qəsəbə nümayəndəlikləri, bələdiyyələr və mədəniyyət evlərinin təqdimatları, cəngi sədaları altında pəhləvanların çıxışları, idman nümayişləri və kəndirbazların akrobatik hərəkətləri bayram ab-havasını daha da zənginləşdirib.
Sonda çıxış edən Adil Əliyev rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, onlara bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb. O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva
