Azərbaycan.media xəbər verir ki, Bakının Biləcəri qəsəbəsini metronun “Azadlıq prospekti”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları ilə birləşdirən 202 nömrəli müntəzəm marşrutda istifadə olunan avtobusların bir qismi yenilənir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) açıqlama yayıb.
Martın 18-dən sərnişinlərin xidmətinə veriləcək 11 böyüktutumlu “Yutong” markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Beləliklə, marşrut xəttində fəaliyyət göstərən bütün avtobuslar ekoloji təmiz nəqliyyat vasitələri olacaq.
Ümumilikdə 15 avtobus 8 dəqiqə interval ilə hərəkət edəcək və ödəniş yalnız nağdsız qaydada aparılacaq. Gediş haqqı 0,60 manat təşkil edir.
Oxundu: 20
