🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Aİ: Hörmüz boğazında riskli addımlar yolverilməzdir

Azərbaycan.media xəbər verir ki, heç bir tərəf Hörmüz boğazında öz xalqını təhlükəyə atmağa hazır deyil.

Bu fikri Kaya Kallas – Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi səsləndirib.

O bildirib ki, Avropa Birliyi ABŞ ilə müttəfiq olsa da, son dövrlərdə atılan bəzi addımlar tam anlaşılan deyil:

“Biz Amerika ilə müttəfiqik, amma onların son zamanlar atdıqları addımları tam başa düşmürük. Ərzaq, gübrə və enerji böhranının yaşanmaması üçün Hörmüz boğazını açıq saxlamaq məqsədilə diplomatik yollar tapmalıyıq”.

Qeyd edək ki, Donald Trump NATO-ya ultimatum verərək əsas üzv ölkələrdən Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilərini Fars körfəzi regionuna göndərmələrini tələb edib. Lakin NATO ölkələrinin bu təklifə ehtiyatla yanaşdığı bildirilir.