🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Horovlu kəndinə daha 131 nəfər köçürüldü

Azərbaycan.media xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç mərhələsi həyata keçirilib.

Bu gün kəndə 30 ailə — ümumilikdə 131 nəfər köçürülüb. Yeni sakinlərə mənzillərinin açarları təqdim olunub.

Köçürülən ailələrə ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Onlara tanımadıqları əşya və cisimlərdən uzaq durmaq, belə hallarla qarşılaşdıqları təqdirdə isə dərhal aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, Horovlu kəndinə köçürülən sakinlər indiyədək respublikanın müxtəlif bölgələrində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr olub.