🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyə İran raket hücumlarına qarşı müdafiəsini gücləndirib

Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi özünə yönələn bütün təhdidləri dəf etməyə qadirdir və İran konfliktinə cəlb olunmamaq üçün lazımi tədbirləri görür.

“Dünən gecə baş verdiyi kimi, hava məkanımızın pozulması təhlükəsinə qarşı bütün tədbirlər görülür. Əsas vəzifəmiz ölkəmizi bu odlu tələdən qorumaqdır”, – deyə Ərdoğan İrandan atılan raketin zərərsizləşdirilməsi olayını şərh edib.

Qeyd edək ki, bu gün İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib. Bundan əvvəl isə İran tərəfindən Türkiyə istiqamətində 4 və 9 mart tarixlərində iki raket atılıb və hər ikisi havada zərərsizləşdirilib.