Azərbaycan.media xəbər verir ki, ABŞ prezidenti Donald Trump rusiyalı həmkarı Vladimir Putinin İrana kömək edə biləcəyini bildirib.
Tramp Fox News-a müsahibəsində deyib: “Düşünürəm ki, o, onlara bir az kömək edə bilər, bəli, yəqin ki”.
Prezident əlavə edib: “Və o, yəqin ki, bizim Ukraynaya kömək etdiyimizi düşünür, elə deyilmi?”
Aparıcı Brayan Kilmid Vaşinqtonun həqiqətən Kiyevə kömək etdiyini soruşub. Tramp cavab verib: “Bəli, biz də onlara kömək edirik. Və o (Putin) belə deyir və Çin də eyni şeyi deyərdi. Düzünü desəm, onlar bunu edirlər, biz də edirik”.
“The Washington Post” mənbələrinə istinadən bildirir ki, Rusiya Yaxın Şərqdəki Amerika hərbi obyektlərinin yerləri barədə İranla məlumat paylaşır. Kreml isə bu ittihamlara münasibət bildirməkdən imtina edib.
