Azərbaycan.media xəbər verir ki, Fransada “Drome Ardeche Tradition” şirkətinin kolbasa məhsullarını istehlak edən 12 nəfərdə listerioz virusu qeydə alınıb. Yoluxanlardan 2-si həyatını itirib.
Fransanın Kənd Təsərrüfatı və Ərzaq Suverenliyi Nazirliyinin məlumatına görə, yoluxmalar Drom departamentində yerləşən Burq-dö-Peaj şəhərində fəaliyyət göstərən müəssisənin məhsullarının istehlakından sonra baş verib. “Sante Publique France” səhiyyə qurumunun məlumatına görə, bütün yoluxanlar xəstəxanaya yerləşdirilib.
Səhiyyə orqanları istehlakçılara qızdırma, başağrısı və ya əzələ ağrısı kimi əlamətlər müşahidə edilərsə dərhal həkimə müraciət etməyi tövsiyə edib. Eyni zamanda, “Drome Salaisons”, “Jules Courtial” və müxtəlif supermarket markaları ilə satılan məhsulların istifadə edilməməsi çağırışı olunub.
Araşdırma çərçivəsində müəssisədə yoxlama aparılıb və fakt təsdiqlənib. Müəssisənin fəaliyyətinin dayandırılması və qeyd olunan məhsulların bazardan geri çağırılması qərara alınıb.
