Azərbaycan.media xəbər verir ki, İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, ölkənin elektrik şəbəkəsi məhv olarsa, Yaxın Şərq təxminən 30 dəqiqə ərzində qaranlığa qərq olar.
Laricani öz X səhifəsində yazıb: “Donald Tramp demişdi ki, bir saat ərzində İranın elektrik enerjisini kəsə bilərdim, amma bunu etmədim. Əgər etsəydi, bütün bölgədə elektrik kəsilməsi yarım saat çəkərdi. Bu, qaranlıq vəziyyətdə qaçan ABŞ hərbçilərini tapmaq və onları izləmək üçün əlverişli fürsət olardı”.
Oxundu: 25
