Azərbaycan.media xəbər verir ki, Rəşad İsmayılov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından Şabran rayon Heydər Əliyev Mərkəzində Şabran, Xaçmaz, Siyəzən və Xızı rayonlarından olan sakinləri qəbul edib.
Vətəndaş qəbulu zamanı iştirakçılar ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya və digər aidiyyəti məsələlərlə bağlı müraciətlərini təqdim ediblər.
Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi üçün Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. Nazirlik həmçinin fəaliyyət sahəsinə aid olmayan müraciətləri aidiyyəti qurumlara göndərilməsi məqsədilə qeydiyyata alıb.
Oxundu: 22
