🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Avropa atom enerjisindən imtina etdi: Ursula von der Leyen strateji səhv etiraf etdi

Azərbaycan.media xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula von der Leyen Avropanın atom enerjisindən imtinasını strateji səhv adlandırıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, von der Leyen bildirib ki, 1990-cı ildən bu günə qədər Avropa İttifaqı atom enerjisinin istehsalını iki dəfə azaldaraq onun payını cəmi 15 faizə endirib.

“Düşünürəm ki, atom enerjisinin payının azaldılması şüurlu seçim idi. Lakin Avropanın etibarlı, əlçatan və aşağı emissiyalı enerji mənbəyindən imtina etməsi strateji səhv oldu,” – o, Fransada keçirilən atom enerjisi sammitində söyləyib.

Eyni zamanda, Ursula von der Leyen Avropada kiçik modul tipli nüvə reaktorlarının inkişafı üçün yeni Avropa strategiyasını təqdim edib. O qeyd edib ki, belə reaktorlar 2030-cu illərin əvvəllərində Avropada istismara verilə bilər.