Azərbaycan.media xəbər verir ki, Xaçmaz rayonunda 8-ci sinif şagirdi vəfat edib.
Xudat şəhərində yerləşən Nəriman Nərimanov adına 2 saylı tam orta məktəbin 8Ç sinif şagirdi Fatimə Zəkiyeva dünyasını dəyişib.
Bildirilib ki, o, uzun müddət davam edən Aplastik anemiya xəstəliyindən sonra martın 8-də vəfat edib.
Məlumata görə, məktəbli bu gün torpağa tapşırılıb.
