🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İran İordaniyadakı hərbi bazaya raket zərbəsi endirib – Almaniya düşərgəsi hədəf alınıb

Azərbaycan.media xəbər verir ki, İran İordaniyada yerləşən Al-Azraq aviabazasında Almaniyaya məxsus hərbi səhra düşərgəsinə raket zərbəsi endirib.

Bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb.

Məlumata əsasən, İrandan baza istiqamətinə bir neçə ballistik raket atılıb.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Belə ki, Bundesverin bütün hərbçiləri əvvəlcədən sığınacaqlara yerləşdirilib.

Hazırda düşərgə ərazisinə raketlərin özlərinin, yoxsa hava hücumundan müdafiə sistemlərinin işləməsi nəticəsində yaranan qalıqların düşdüyü hələlik dəqiqləşdirilməyib.