Azərbaycan.media xəbər verir ki, Avstraliya Körfəz bölgəsinin müdafiəsinə dəstək məqsədilə BƏƏ-yə raketlər göndərməyi və bölgədə kəşfiyyat təyyarəsi yerləşdirməyi planlaşdırır.
Avstraliyanın Baş naziri Entoni Albaneze məlumat verib.
O bildirib ki, Avstraliya Kral Hərbi Hava Qüvvələri növbəti dörd həftə ərzində Körfəz üzərində hava məkanının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Boeing E-7A Wedgetail” müşahidə təyyarəsini və onu müşayiət edən şəxsi heyəti bölgəyə göndərəcək.
Baş nazirin sözlərinə görə, bu addım region ölkələrinin kollektiv özünümüdafiə səylərinə dəstək məqsədi daşıyır.
