🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan-İran sərhədində yük daşımaları bərpa edildi

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri ilə yüklərin daşınması (o cümlədən tranzit məqsədilə) bu gün saat 10:00-dan etibarən bərpa olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən, Azərbaycan-İran sərhədindən yük daşımaları müvəqqəti dayandırılmışdı. Bu qərar 5 mart tarixində Naxçıvan Muxtar Respublikasına İran ərazisindən mülki infrastruktur obyektlərini hədəf alan pilotsuz uçuş aparatları ilə hücumların baş verməsi ilə əlaqədar qəbul edilmişdi.

Nazirlər Kabineti bildirib ki, beynəlxalq hüquq normalarına zidd olan bu hücumlar nəticəsində yaranmış vəziyyət nəzərə alınaraq, sərhəd-keçid məntəqələrində bütün yük avtomobillərinin hərəkətinin müvəqqəti dayandırılması barədə qərar verilmişdi.