🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

BİR AĞSAQQALIMIZ DA KÖÇDÜ DÜNYADAN!..

**
Ədəbiyyat dərsində çox vaxt- Gəl bir dənə yazdığın şeirdən de, şair!.. -ŞAİR – sözünü xüsusi ahənglə deyərdi.. 14 yaşım var idi. Mən də lovğa-lovğa yazı lövhəsinin qarşısına çıxıb böyük həvəslə şeir deyərdim.
-Sən gözəl şair olacaqsan. Bircə ruhdan düşmə…Hətta bir dəfə şeir xoşuna gəlmədiyi üçün məni cəzalandırdı da. Amma nə yaxşı ki, cəzalandırdı. Mən onda bildim ki, şeir yazmaq doğurdan da böyük məsuliyyətdir…
ALLAH SƏNİ RƏHMƏT ELƏSİN SEVİMLİ MÜƏLLİMİM-PAŞAXAN ƏHMƏDOV!..
ALLAH RƏHMƏT ELƏSİN!..
**
Mehriban müəllimim, əziz müəllimim,
Sənli xatirələr uşaqdan, uşaq.
Heyif ki, dayanmır ömür qatarı,
Sıxım əllərini, gəl, vidalaşaq!..

Şakir Məhbusi, Azərbaycan Yazıçılar Birliyinin üzvi,
Türkiye Kültür-Sanat-Edebiyat ödülçüsü.

 

Mənbə: Azərbaycan.media