🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasını ziyarət edib

Azərbaycan.media xəbər verir ki, Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub. Görüşdə mədəniyyət naziri Adil Kərimli də iştirak edib.

Leyla Əliyeva akademiyanın rəhbərliyi, şagird və tələbələri, eləcə də pedaqoji heyəti ilə görüşərək akademiyanın fəaliyyəti, dərs otaqları və məşq zalları ilə tanış olub.

Daha sonra Bakı Xoreoqrafiya Akademiyasının tələbələri qonaqlar üçün “Vals” (“Yatmış gözəl” baletindən) və “Qazağı” rəqslərini ifa ediblər.