🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının ilk gününün dəyəri milyardlarla dollarla ölçülür

Azərbaycan.media xəbər verir ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hərbi əməliyyatlar təkcə hərbi deyil, həm də ciddi iqtisadi nəticələr göstərməyə başlayıb.

Məlumata görə, mütəxəssislərin ilkin hesablamaları əməliyyatların ilk 24 saatında istifadə olunan sursatların, qırıcı təyyarələrin uçuşlarının və bölgəyə əlavə hərbi qüvvələrin göndərilməsinin milyardlarla dollar xərc yaratdığını göstərir.

Bildirilir ki, ABŞ Silahlı Qüvvələri İrana qarşı əməliyyatın ilk sutkasında təxminən 779 milyon dollar vəsait xərcləyib.

Bununla yanaşı, təyyarələrin və onlarla hərbi gəminin bölgədə yerləşdirilməsi əlavə olaraq 630 milyon dollara başa gəlib. Qeyd olunur ki, regionda yerləşən hər bir təyyarədaşıyan qrupunun gündəlik istismar xərci təxminən 6,5 milyon dollar təşkil edir.

Hesablamalara əsasən, əməliyyatın ilk günündən etibarən ümumi xərclər təxminən 2 milyard 276 milyon dollara çatıb.

Ekspertlərin məlumatına görə, müharibənin saatlıq dəyəri təxminən 9,16 milyon dollar, gündəlik dəyəri isə 220 milyon dollar civarındadır.